26-11-2014 [14:56]
Bu ilin 10 ayı ərzində 1107 vergi ödəyicisi üzrə 952,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib. Modern.az bildirir ki, bu barədə Vergilər Nazirliyi vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi, birinci dərəcəli müfəttiş Tural Quliyev məlumat verib.
Məlumatda qeyd edilir ki, həmin müddətdə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azalıb, 209,988 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib. Hazırda borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi cəmi 8,4 faiz təşkil edir.
Borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması nəticəsində 2013-cü ildə 22,4 milyon manat, bu ilin ötən dövrü ərzində isə 27,1 milyon manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranan borclarının ödənilməsinin təmin edilməsi məqsədilə 2014-cü ilin 10 ayı ərzində vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 67404 sayda qərar açılıb, bu qərarlardan 72,6 faizi vergi borcu ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınan əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilən iddia ərizələri üzrə 1 milyon 478,7 min manat borc məbləğini əhatə edən 693 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə, əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 52,3 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bu il ərzində vergi ödəyicilərinin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11589 vergi ödəyicisinin 12 milyon manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilib, 501 vergi ödəyicisi tərəfindən avtonəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul olunub.
10 ayı ərzində vergi orqanları tərəfindən 154 040,6 min manat məbləğində vergi borcu olan 5785 vergi ödəyicisi üzrə məhkəmələrə edilən müraciətlər əsasında 128922,5 min manat məbləğində vergi borcu olan 4785 vergi ödəyicisi barəsində iddialar təmin edilib, 208 vergi ödəyicisi üzrə isə 809,9 min manat məbləğində vergi borcu ödənildiyi üçün borcun ödənilməsinə dair qərardadlar qəbul olunub.
Məlumatda qeyd edilir ki, xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə bu il ərzində 690 vergi ödəyicisi üzrə 28,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
10 ayı ərzində 145 iş üzrə 1 milyon 411,6 min manat məbləğində yayındırılan vergi məbləği dövlət büdcəsinə ödənildiyi üçün həmin şəxslər barəsində cinayət işi başlanılmayıb və ya başlanılan cinayət işlərinə xitam verilib.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu vergi ödəyicilərinin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində son 10 ay ərzində 1107 vergi ödəyicisi üzrə 952,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Vergi orqanları tərəfindən ilin 10 ayı ərzində borclu fiziki şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar icra məmurlarına edilən müraciətlər üzrə onların verdikləri təqdimatlar əsasında məhkəmələr 39 vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarlar qəbul edib. Həmin şəxslərdən 6 nəfəri dövlət büdcəsinə olan borclarını tam həcmdə ödədiklərinə görə, onlara tətbiq olunan məhdudiyyətlər ləğv edilib.
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək