30-10-2014 [19:30]
Bu gün Mətbuat Şurasında tanınmış yazıçı, Azərbaycanın ilk poliqrafçı alimi, milli poliqrafiyanın inkişafında müstəsna xidmətləri olmuş Şəddat Cəfərovun 75 illiyinə həsr olunmuş toplantı keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, Şuranın Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi mərasimdə yubilyarın sənət dostları, yaxınları, veteran jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq bildirib ki, Ş.Cəfərov
75 illik ömrünün 55 ilini poliqrafiya sənətinə həsr edib. Gördüyü işlər yubilyarı
ölkə ictimaiyyətinə böyük istedad sahibi, səmimi və qayğıkeş dost kimi tanıdıb.
«Onun işinin ustadı kimi xarakterizə edən cəhətlərlə yanaşı, bilik və
bacarığını bölüşmək həvəsi də xüsusi vurğulanmalıdır. Lakin Şəddat müəllimi
bizim üçün doğmalaşdıran ən başlıca xüsusiyyət daim ictimaiyyətin,
jurnalistlərin çevrəsində olması, bədii yaradıcılığa üstünlük verməsidir.
İctimai məzmun daşıyan hekayələri günümüzün reallıqları ilə səsləşən hadisələr
əsasında formalaşıb. Ümumən Şəddat Cəfərov ömür yolu örnək kimi qəbul edilən
qələm adamlarından, peşə sahiblərindəndir. Bu gün burada Şəddat müəllimin
dostları, yaxınları toplaşıb. Elə bilirəm ki, onların hər birinin yubilyar
haqqında deyiləcək sözü, bölüşəcək xatirəsi var», - deyən Ə.Amaşov onu da
bildirib ki, Ş.Cəfərov həyat və fəaliyyəti təkcə ölkə hüdudlarını aşan
ziyalılarımızdandır. Ə.Amaşov həmçinin 75 illik yubileyi və Azərbaycan
mətbuatının inkişafındakı xidmətlərinə görə Ş.Cəfərova rəhbərlik etdiyi qurumun
dipolmunu təqdim edib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin
rəhbəri, respublikanın əməkdar jurnalisti Yusif Kərimov məclisin ömrünü-gününü
jurnalistika, mətbuatın inkişafına, ümumən yaradıcılığa həsr etmiş adamlarla
bağlı mərasimlərin təşkilinə önəm verdiyini vurğulayıb. Mövcud istiqamətdəki
tədbirlərin veteran qələm sahiblərini yeni yaradıcılıq uğurlarına
həvəsləndirmək, onların əməyinə dəyər vermək baxımından vacibliyini önə çəkib.
O, yubilyarın fəaliyyətinin məxsusi tərəflərinə diqqət çəkib.
MŞ İdarə Heyətinin üzvü, «İki
sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Ş.Cəfərovla
təmaslarındakı maraqlı məqamları diqqətə çatdırıb, yubilyarı peşəyə bağlılıq
nümunəsi kimi xarakterizə edib. Belə adamların daim yada salınmasının, diqqətdə
saxlanılmasının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından əhəmiyyətinə
toxunub.
Çıxış edənlərdən xalq artisti
Canəli Əkbərov, yubilyarın dostları Cümşüd İsgəndərov, Sevda Əlibəyli, Şakir
Yaqubov, Fatma Həsənqızı, Maarif Teymurov, İsaq Əmənullayev, Oqtay Əliyev,
Bəbir Hüseynov, Namazəli Mustafayev, Yasəmən Möhübbətqızı, Mehman Fərzullayev
və başqaları Şəddat Cəfərovla bağlı xatirələrini bölüşüblər, onun həyat yolunun
spesifik cəhətlərindən söz açıblar.
«Azərbaycan Nəşriyyatı»nın
baş direktor müavini Allahverdi Məmmədov Ş.Cəfərovun uzun illər bu qurumdakı
fəaliyyətindən danışıb, nəşriyyatın yubiley hədiyyəsini ona təqdim edib.
Mərasimdə Şəddat Cəfərovla
bağlı sənədli film də nümayiş olunub.
Qeyd edək ki, Şəddat Cəfərov
1940-cı ildə Bakıda anadan olub. "Yeni kitab" mətbəəsində direktor,
sonra isə "Azərbaycan" Nəşriyyatında ("Kommunist” Nəşriyyatı) baş
direktor müavini vəzifələrində işləyib. 1985-ci ildə Sov. İKP MK-nın göstərişi
ilə "Ulyanovskaya Pravda" nəşriyyatına baş direktor vəzifəsinə təyin
olunub və bu müəssisəni ən qabaqcıl mətbəəyə çevirib. 20 Yanvar hadisəsindən
sonra Bakıya qayıdıb, mətbuat və informasiya nazirinin köməkçisi vəzifəsində
çalışıb. Daha sonra 3 saylı Bakı Kitab Mətbəəsində direktor, 1992-1993-cü
illərdə "Azərbaycan" nəşriyyatının direktoru, 1993-cü ildə
Ensiklopediya Nəşriyyat-Poliqrafiya Birliyində baş direktorun müavini, daha
sonra "Göytürk" mətbəəsinin direktoru, 1994-cü ildən ofset çap
kombinatında direktor, 1998-ci ildə "Şans" nəşriyyat-poliqrafiya
mərkəzinin direktoru vəzifələrini tutub. 2002-ci ildən Bakı mətbəəsi ASC-nin
direktoru vəzifəsində işləyir. Azərbaycanın ilk poliqrafçı alimi Şəddat Cəfərov
"Vətən" nəşriyyatının direktoru, "Əkinçi" mətbuat cəmiyyətinin
vitse-prezidenti, "Qızıl qələm" mükafatı laureatıdır.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR