20-10-2014 [09:53]
"2010-cu ildə biz Muray MTK-nın Yeni Yasamal-2, Məhəmməd Xiyabani 194 ünvanında mənzil aldıq. Bu MTK-nın rəhbərliyi mənzilləri hər payçıya bir qiymətə, bir mənzili 7-8 adama sata-sata bizi aldatdı, nəhayət, şikayətdən sonra bu bina (400 ev) inşasının bitməsi üçün Şərur MTK-ya verildi. Sonra İsfəndiyar müəllim binanın təmirinə başlayaraq birtəhər, "ala başına, kül başına" binanın tikintisini başa çatdıraraq camaatı aldatdı, binaya qaz, su, elektrik xətti çəkildi. Elektrik və suyun verilişində heç bir problem olmasa da, artıq bir ilə yaxındır ki, hər dəfə "bu ay qaz veriləcək" deyə-deyə aldadırlar. Binaya qaz xətti çəkilib, sayğac qoyulsa da hələ də qazın verilişindən heç bir xəbər yoxdur. Hər həftənin bazar günü bina sakinləri həyətə yığışaraq etiraz aksiyası keçirsələr də, bu məsələ hələ də həllini tapmayıb. İsfəndiyar müəllim "bina mənlik deyil” deyərək problemin həllindən boyun qaçırır”.
Sakinlər qeyd edirlər ki, soyuqdan evlərdə oturmaq mümkün deyil, hələ qarşıdan qışın gəlişini nəzərə alsaq, günümüzün necə olacağını Allah bilir.
"Rəhbərliyin belə hərəkəti ucbatından bir neçə sakin artıq bu binadakı mənzilinə köçməkdən imtina edərək, bir çoxları isə hələ təmirinə başlamadan mənzilini satışa çıxarıblar. Binada rəhbərlik tərəfindən artıq pul yığılma halları da baş alıb gedir, su sayğacı qoyulsa da, sayğac yazdığından əlavə, hər ay 20 manat su pulu alınır, binanın həyətinə avtomobillər buraxılmayaraq hər ay üçün 30 manat dayanacaq pulu alınır, yük liftinin olmasına baxmayaraq, heç bir sakinə onunla yük qaldırmağa icazə verilmir. Bu binada yaşamaq üçün çıxarımız: 100 manat elektrik pulu + 40 manat qaz pulu + 30 manat dayanacaq pulu + 20 manat su pulu olduğunu nəzərə alsaq, hər ay 190 manat pul ödəməyimiz lazımdır”, - deyə sakinlər şikayətlənirlər.
"Azəriqaz” İstehsalat Birliyinin Qaz təsərrüfatı istismarı şöbəsinin rəisi Vaqif Namazov Milli.Az-a açıqlamasında bildirib ki, MTK rəhbəri texniki icra və təhvil-təslim sənədlərini aidiyyəti qurumlara təqdim etməlidir. Bundan sonra həmin binaya qazın verilməsində heç bir problem olmaz. Şöbə rəisinin sözlərinə görə, "Azəriqaz”ın yeni tikilən binalarda qaz çəkilməsində heç bir fəaliyyəti yoxdur. Bu işlər MTK rəhbərliyinin sifarişi ilə həyata keçirilir, qaz idarəsinin işi isə ancaq qazı açıb buraxmaqdır(Milli.az).
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR