İRANIN ƏKS ZƏRBƏLƏRİ: İsrail, Bəhreyn, BƏƏ, Qətər və Omanda son vəziyyət...

img

02-03-2026 [00:03]


ABŞ və İsrailin fevralın 28-dəki qəfil zərbələrinə İran ordusu əks cavablar verir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran İsraillə yanaşı, ABŞ-ın bölgə ölkələrində yerləşən hərbi bazalarına raket və PUA hücumlarını davam etdirir.

Məlumata görə, İranın ali dini lideri Əl Xameneinin ölümünü elan etməsindən sonra bölgədəki ABŞ bazalarına hücumlar daha da sərtləşib.

"Artıq bizim üçün qırmızı xətt yoxdur", - deyən İran ordusu İsrai, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və Omana zərbələr endirib.

Məlumata görə, Bəhreyn Beynəlxalq Hava Limanı da İran pilotsuz təyyarəsi tərəfindən vurulub. Bəhreyn Daxili İşlər Nazirliyi zərbəninin hava limanına maddi ziyan vurduğuu açıqlayıb: "Xoşbəxtlikdən itki yoxdur. Bundan başqa, İran  paytaxtı Manamada  kamikaze pilotsuz təyyarəsi ilə Əl-Məarid küçəsindəki bir binaya zərbə endirib".

Nazirlik buradakı itkilər haqqında informasiya verməyib. Yalnız o bildirilib ki,  28 fevral axşamı da ABŞ-ın Manamadakı 5-ci Donanma xidmət mərkəzinə raket hücumu olub...

İranın hədəf aldığı digər ölkə isə Qətər olub. Burada Sənaye Zonasına da zərbə vurulub: "İran son iki gündə Qətərə 16 raket zərbəsi endirib. İtkilər haqqında informasiya açıqlanmayıb".

İran BƏƏ-də bir çox hədəfləri, o cümlədən İsrail səfirliyini də vurub. Məlumata əsasən, paytaxtı Əbu-Dabidə İsrailin və bir neçə digər xarici nümayəndəliyin ofislərinin yerləşdiyi binaya kamikadze PUA ilə zərbə endirilib: "Burada bir qadın və bir uşaq yaralanıb".

BƏƏ-də Fransa hərbi bazası olan "əs-Salam Dəniz Bazası"ndakı bir anbar da PUA ilə vurulub: "BƏƏ-nin hava hücumundan müdafiə sistemi bu günə qədər 165 ballistik raket və 541 dronu zərərsizləşdirib. İranın hücumlarında indiyə qədər 3 nəfər ölüb, 58 nəfər yaralanıb".

İran martın 1-də Omanın Dukm Ticarət Limanına da zərbə endirib: "İki dronla həyata keçirilən hücum nəticəsində limandakı bir əcnəbi işçi yaralanıb".

İran martın 1-də Küveytdəki ABŞ-ın hədəflərinə də zərbə endirib. Küveyt hakimiyyəti  bu günə qədər İranın hücumlarında 32 nəfərin yaralandığını etiraf edib.

İranın İsrailə martın 1-də də zərbələri olub. Məlumata əsasən, təkcə Beyt Şemeş şəhərindəki bir binaya raket dəyməsi nəticəsində doqquz israilli həlak olub. Bundan başqa, Təl-Əvivdə bir nəfər həlak olub, dörd nəfər yaralanıb. dogər raket zərbələri nəticəsində yaşanan itkilər isə hələlik açıqlanmayıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA