Netanyahu "40 illik həsrət"dən söz açdı, İranı daha ağır zərbələrin gözlədiyini dedi: "Tehranı o vaxta qədər vuracağıq ki..."

img

02-03-2026 [00:05]


"İrana hücumlarımız yaxın günlərdə daha intensivləşəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İsrail Baş naziri Binyamin Netanyahu Tel-Əvivdəki Müdafiə Nazirliyinin binasında verib.

O, İsrail ordusunun İrandakı planı uğurla icra etdiyini və hədəfləri dəqiqliklə yox etdiyini xatırladıb: "Tehrana getdikcə daha intensiv hücumlar olacaq. İsrail ordusu İrana hücumlarda əvvəlkindən daha çox güc sərf edir. Biz dostumuz ABŞ-a minnətdarıq. ABŞ ilə əməkdaşlıq bizə qırx ildir etmək istədiyimizi icra etməyə imkan yaradıb. Biz İranı bir daha bizi və bölgəni  heç vaxt  təhdid edə bilməyəcəyi ana qədər vuracağıq...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA