"Temu" "endirim kartları"nı blokladı

img

12-02-2026 [10:37]


"Temu" onlayn alış-veriş platformasının istifadəçilərə təqdim etdiyi endirim kartları ilə bağlı gözlənilməz yenilik var. Şirkət müştərilərin alış-veriş vərdişlərinə birbaşa təsir edəcək qərar verərək, mövcud endirim kartlarının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, gündə iki dəfə təqdim olunan endirim kartları artıq Temuda müştərilərə göndərilmir. Hansı ki, bu endirim kartları ilə məhsulları 70-80 faiz endirimlə almaq mümkün olurdu.

Dəyişiklik istifadəçilər arasında müəyyən suallar doğursa da, görünür, bu addım şirkətin marketinq büdcəsinə qənaət etmək istəyindən qaynaqlana bilər. Şirkətin bu qərarından sonra alternativ kampaniyaların hansı formada davam edəcəyi isə hələlik tam dəqiqləşməyib.

Qeyd edək ki, son yanvar ayından bəri Temu istifadəçiləri məhsullarının vaxtında çatdırılmaması ilə bağlı da narazılıq edirdilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA