Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün yardım istədim"

img

22-01-2026 [00:12]


İraq Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani Vatikana gözlənilməz səfər edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Məsud Bərzani Vatikanda Papa Leo XIV ilə görüşüb.

Bərzaninin ofisindən bildirilib ki, Papa Leo XIV-in Bərzanini səmimi qarşılayıb.

Məlumatda deyilir ki, tərəflər bu görüşü region və dünya ilə bağlı vacib məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün bir fürsət" kimi qiymətləndiriblər: "Hər iki tərəf dünyada sülh və sabitliyin bərqərar olmasına, xalqların əzab və çətinliklərinə son qoyulmasına ümid etdiklərini bildiriblər. Bərzaninin Vatikana səfərində onu Kürdüstan Regional Hökumətinin (KRH) Nəqliyyat və Kommunikasiya naziri Ano Cevher, KRH-nin İtaliyadakı nümayəndəsi Rezan Heme Salih və İraqın Vatikandakı səfiri Rəhman Ferhan əl-Əmiri müşayiət edib".

Görüşlə bağlı açıqlama verən Bərzani deyib ki, ikitərəfli müzakirə zamanı Papadan dəsətk istəyib: "Mən Kürdüstan Papasından kömək istədim. Ondan kürdləri dəstəkləməsini istədim".

Xatırladaq ki, Məsud Bərzani əvvəllər 2014-cü ildə yüksək səviyyəli danışıqlar üçün Vatikana səfər etmişdi.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA