İlham Əliyev İsrail prezidenti ilə görüşüb - Davosda müzakirə + FOTOLAR

img

21-01-2026 [13:02]


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrailin Prezidenti İsxak Hersoqla görüşüb.

Mia.az xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun Azərbaycana səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb.

İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA