17-09-2014 [22:44]
Şuradan verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.
Öncə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin dekanı Həsənbala Sadıqovun "M-media.az” saytı ilə bağlı müraciətinə baxılıb. Şikayətçinin və cavabdeh tərəfin nümayəndəsi, narazılıq doğuran yazının müəllifi Mehriban Əzizqızının məsələ barədə mövqeləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin fikir və mülahizələri səslənib. Komissiya rəyə gəlib ki, həmin materiallarda sivil jurnalistikanın tələblərinə tam etinasız yanaşılıb. Yazıda H.Sadıqovun şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılayıcı ifadələrlə təhqirlərə məruz qalıb. Komissiya üzvləri məqalədə qəzəbin, qərəzin, məqsədyönlü təqdimatın özünü qabarıq büruzə verdiyi rəyinə gəliblər.
Bütün bunların yolverilməzliyi M.Əzizqızının nəzərinə çatdrılsa da, o, iradlarla razılaşmayıb, məsələnin hüquqi müstəvidə də araşdırılmasına hazır olduğunu deyib. Komissiyanın rəyində jurnalist etikasına bu cür yanaşmanın "M-media.az” xəbər portalının qüsurlu fəaliyyətindən irəli gəldiyi ifadəsini tapıb. Sayta Azərbaycan Mətbuat Şurasının ciddi xəbərdarlığı elan edilib. Şikayətçiyə isə tövsiyə olunub ki, məsələ hüquqi müstəvidə də araşdırıla bilər.
Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Avtomobil Yük Daşımalarının Təşkili” MMC-nin "Rakurs” qəzetindən şikayətinin müzakirəsi bu kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunması ilə yekunlaşıb. Bildirilib ki, mətbu nəşrin rəhbərliyi şikayət doğuran materialda öz maraqları ilə bağlı məsələni qaldırmaqla vəzifə səlahiyyətindən sui-istifadə edib. Yazıda balansla yanaşı, etik prinsiplərin digər tələbləri də gözlənilməyib.
Komissiya şikayətçi tərəfə tövsiyə edib ki, ictimai rəyi narahat edən bu kimi məsələlərlə bağlı mətbu çıxışlara diqqətlə yanaşsın, məsələnin mahiyyətinə aydınlıq gətirsin.
Beyləqan Rayon Təhsil Şöbəsinin "Yeniaxtaris.az” saytı ilə bağlı müraciəti əsasında çıxarılan rəydə də cavabdeh tərəfə mətbu yazılarda etik prinsiplərin tələblərinin gözlənilməsi tövsiyə olunub. Saytın nəzərinə çatdırılıb ki, şöbə rəhbərliyi barədə yayımlanmış bəzi materiallarda təhqir elementləri, reallığa söykənməyən məqamlar yer alıb. Sayt gələcək fəaliyyətində bu kimi halların təkrarına yol verməməlidir.
İclasda belə bir narahatlıq da ifadəsini tapıb ki, bəzi KİV-lərdə nüfuzlu insanların adları heç bir əsas olmadan kriminal xarakterli yazılarda qabardılır. Bu da haqlı narazılıq doğurur. Birinci qrup Qarabağ əlili, məcburi köçkün Lazım Məhəmməd oğlu Əliyevin də MŞ-yə müraciətində mediada bu tipli materialların təqdimatına etiraz ifadəsini tapıb. Mətbuat Şurası məsələ ilə bağlı müvafiq tədbirlər görüb. Lakin gələcəkdə belə xarakterli mətbu çıxışların təkrar olunmaması üçün MŞ KİV-lərə öz tövsiyəsini verməlidir. Təklif bəyənilib.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR