Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"

img

30-12-2025 [17:19]


Rəsmi Kiyev Moskvanın Rusiya prezidenti Vladimir Putinin rəsmi iqamətgahına hücumla bağlı iddiaları rədd edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiha açıqlama veirb.

O bildirib ki, Moskva dünndən bu günə qədər Ukraynanın  iqamətgahına hücum etdiyi iddiası ilə bağlı inandırıcı heç bir sübut göstərməyib: "Bəli, Moskba inandırıcı dəlillər təqdim etməyib. Çünki o yoxdur"

XİN başçısı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Hindistanın və Pakistanın Putinin iqamətgahına hücum iddiası ilə bağlı verdiyi açıqlamalarına da münasibət bildirib: "Bu, bizdə narahatedici məyusluq yaradıb. Bu üç dövlətin heç birinin 7 sentyabr 2025-ci ildə Ukrayna hökumət binasına Rusiya raketinin dəyməsi ilə bağlı rəsmi açıqlama vermədiyini nəzərə alsaq, bu, daha da təəccüblüdür. Birməanlı bəyan edirik: Rusiyanın açıqlamalarına etibar edilməməlidir. unutmayın, məsələn, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya hücum etməyəcəyini bildirmişdi, lakin nə oldu?!

Ona görə, bütün dövlətləri məsuliyyətlə davranmağa və təsdiqlənməmiş iddialara münasibətdən çəkinməyə çağırırıq. Bu, son zamanlar irəliləyiş əldə edən sülh prosesini sarsıdır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA