İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR)

img

30-12-2025 [12:40]


Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təşkil olunan bayram konsertində rayonun icra başçısı Rafiq Quliyevuin müğənni Röya Ayxana sanki ölkə rəhbərliyinı hesabat verirmiş kimi məruzə etməsi birmənalı qarşılanmayıb.

Mia.az-ın məlumatına görə, həmin tədbirdə dövlət ərkanını, həmçinin subardinasıyanı unudan və Röyaya həddən ziyadə iltifat göstərən icra başçısı özünə elə qapılıb k, hətta dövlət atributlarını daşıyan rayonun deputatları ilə  hərbçiləri belə unudub.

Bu barədə sosial mediada yayılan videogörüntülərdən aydın olur ki, idman geyimində tədbirə gələn, hətta Heydər Əliyevin heykləlinin qarşısına məmurlardan bir addım öndə gül qoyaraq sanki ölkənin ali rəhbərliyini təmsil edən Röyanın arxasınca sürünən icra başçısı Rafiq Quliyev burada da Mili Məclisin üzvlərinə, YAP rəsmiləri və digər qonaqlara məhəl qoymur...

Görüntülərdə diqqəti çəkən digər məqamlardan biri də Röyanın rəsmi şəxslərin önündə addımlaması, onlardan üstün olmasını nümayiş etdirməsi,başçısının da yalnız ona hesabat verməsi və nə qədər qəribə olsa da, hər kəsin yalnız Röyanın ağzından çıxan ifadəyə indekslənməsidir...

Əlbəttə, dövlət ərkanı adına bu xoş olmayan mənzərəyə icra başçısının səmimi mövqeyini dinləmək istərdik...

Ümid edirik ki, ölkənin ali rəhbərliyi dövlət ərkanını kölgələyən bu məsələyə laqeyd qalmayacaq.

Xatırladaq ki, həmin tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev və başqaları da iştirak ediblər.

F.Əhməd

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA