Ankarada İŞİD-ə qarşı əməliyyat: 17 nəfər saxlanılıb

img

30-12-2025 [09:25]


Dünən Yalovda İŞİD terrorçularının 3 polisi şəhid etməsi, 8-ni isə yaralanmasından sonra Türkiyədə bu terror qruplaşmasına qarşı amansız mübarizə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, paytaxt və digər iri şəhərlərdə, o cümlədən Suriya və İraqla həmsərhəd şəhərlərdə bu istiqamətdə geniş profklaktik tədbirlər görülür.

Ankara Baş Prokurorluğundan verilən məlumata görə, son sutkada paytaxtda İŞİD terror təşkilatı ilə bağlı aparılan araşdırmalar çərçivəsində 17 şübhəli saxlanılıb: "İstintaqlar zamanı əldə edilən materialların araşdırılması nəticəsində 11-i xarici vətəndaş, 6-sı isə Türkiyə vətəndaşı olan 17 şübhəlinin münaqişə zonaları ilə əlaqəsi və təşkilata üzvlüyünə dair dəlillər aşkarlanıb. Bundan sonra onların yerləri müəyyən olunaraq, həbs ediliblər"

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA