Türkiyədə İŞİD-in təbliğatını aparan şəxslər tutulub

img

30-12-2025 [09:54]


Türkiyədə İŞİD üzvləri ilə yanaşı, sosial mediada onların təbliğatını aparan şəxslər saxlanılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən Yalovada İŞİD üzvlərinə qarşı əməliyyatla bağlı təxribat xarakterli paylaşımlar edənlərin yerləri müəyyənləşidirilir.

Məlumata görə, onlardan artıq 16 nəfər qandallanıb.

Xatırladaq ki, Yalova şəhərində İŞİD terrorçuları dünən çıxan atışmada 3 polisi şəhid edib, 9-nu yaralayıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA