Rektor Əminağa Sadıqovun professor dərəcəsi ləğv olunub - AAK qərar verib

img

30-12-2025 [14:13]


Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun priofessor dərəcəsi ləğv olunub.

Bu barədə Mia.az-ın elektron poçtuna məlumat daxil olub.

Bildirilib ki, Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının rəyinə əsasən, AAK Komissiyasının Rəyasət Heyətinin 26 dekabr 2025-ci il tarixli iclasında Əminağa Sadıqovun professorluq diplomu saxta hesab olunaraq ləvğinə qərar verilib.

Yeri gəlmişkən, Ə.Sadıqov həm də AMEA-nın müxbir üzvüdur. AAK-ın bu qərarının onun üzvlüyünə necə təsir edəcəyini isə zaman göstərəcək.

Məsələ ilə bağlı Mİa.az rektora sorğu versə də, cavabsız qalıb.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA