Türkiyə və Rusiyada kriptovalyuta əməliyyatı - Azərbaycan vətəndaşları saxlanıldı

img

25-12-2025 [16:52]


Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (*KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib.

Mia.az Daxii İşlər Nazirliyinin mətbuat xidmətinə istnadla xəbər verir ki, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1 milyon manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar. Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə "yüksək", "perspektivli" qazanc vədi verən "kriptolayihələrə" pul yatırmamağınız tövsiyə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA