"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə

img

25-12-2025 [14:56]


Dünən axşam klub binasında narkoticarət ittihamı ilə saxlanılan "Fənərbağça" prezidenti Sadettin Saran az əvvəl sərbəst buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün İstanbul prokororluğuna təxminən 2 saat sürən ifadə erib.

Məlumata görə, daha sonra o, hakim qarşısına çıxarılıb: "20 dəqiqəyə yaxın çəkən məhkmə iclasının sonunda hakim onun polis nəzarətinə verilmək və ölkədən çıxışına qadağa şərtiylə sərbəst buraxılmasına qərar verib".

Xəbərdə deyilir ki, onu məhkəmə binasının qarşısına azarkeşlər və klubun rəhbər heyəti alqışlarla qarşılayıblar.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA