Bakıda "Land Rover"də 17 kq narkotik aşkarlandı - Əməliyyat görüntüləri

img

25-12-2025 [15:31]


Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Orxan Qurbanov saxlanılıb.

Onun idarə etdiyi "Land Rover" markalı avtomobilə baxış zamanı 17 kiloqram 330 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

Həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər - 36 yaşlı Emin Bayramov, 42 yaşlı İlkin Əlizadə və tanışı 36 yaşlı Amil İbayev saxlanılıblar. Onlardan isə ümumilikdə 21 kiloqram marixuana və 2 kiloqram 809 qram heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı başlanan cinayət işləri üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Xətai RPİ-nin əməkdaşları tərəfindən 112 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA