PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik

img

25-12-2025 [13:52]


Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməli, Dövlət Statistika Komitəsi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq işlər görəcək.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Dövlət Statistika Komitəsinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək

***

Azərbaycanda Avropa İttifaqının (Aİ) təcrübəsi əsasında yeni milli "İqtisadi fəaliyyət növləri təsnifatı"nın hazırlanması nəzərdə tutulur.

Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, sistemin icrası 2026-2027-ci illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi olacaq.

Bu təsnifat Aİ-nın "Statistical classification of economic activities in the European Community (NACE Revision 2.1)" təsnifatı əsasında hazırlanacaq və tətbiq ediləcək


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA