Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb

img

09-02-2026 [09:48]


Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Məlumata görə, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H. Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S. Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA