Türkiyə və Rusiyada kriptovalyuta əməliyyatı - Azərbaycan vətəndaşları saxlanıldı
25-12-2025 [16:52]
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (*KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib.
Mia.az Daxii İşlər Nazirliyinin mətbuat xidmətinə istnadla xəbər verir ki, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600.000 ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1 milyon manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar. Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə "yüksək", "perspektivli" qazanc vədi verən "kriptolayihələrə" pul yatırmamağınız tövsiyə olunur.
Beynəlxalq axtarışda olan iki azərbaycanlı ölkəmizə gətirilib
"Fənərbağça" Adem Yeşilyurtu heyətinə qatır
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının iclasına qatılıb
Sergen Yalçın "Göztepe" matçının heyətini müəyyənləşdirir
Xəzər dənizində zəlzələ olub
Kristjan Asllani: "Mən burada daimi qalmaq istəyirəm"
Kollegiyada iclas: daha iki vəkil cəzalandırıldı
MƏHKƏMƏ RUSLAN EYYUBOV BARƏDƏ YENİ QƏRAR VERDİ
"Liverpul" Maykl Oliseyə elçi düşüb
Tələbə necə direktor təyin edilib? - Agentliyin əmri sual yaradır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyə Super Liqası: 23-cü həftə matçlarının saatları müəyyən olub
Okan Buruk "Konyaspor" matçının heyətini müəyyənləşdirir
“Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib - FOTOLAR
Cavanşir Həsənov Balakəndə dəfn olunub
U-20 millimizə yeni baş məşqçi təyin olunacaq
“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verib - FOTOLAR
Bakıda əməliyyat: iki nəfər saxlanıldı
Şəhid Nail Dənziyev dəfn edilib
Yeni sədr keçmiş müavinə vəzifə verdi - AAYDA-da yüksək posta ilk təyinat oldu (FOTO)
Köməkçi deputatın onu döydürmədiyini deyir
Nazir onlara yüksək vəzifə verdi - SİYAHI
Daha bir gömrükçü qandallanıb - Qaçaqmalçılğa görə
Şəhid Azad Cəlilov dəfn edilib
Şəhid Mahir Quliyev dəfn edilib
“Yelo Bank” ASC-də yeni icraçı direktor... - Köhnə komanda Vahid Ələkbərovun bankında əsas gücə çevrilir
Bakı-Laçın müntəzəm avtobus reysi açılır
Sabahın hava proqnozu açıqlanıb
Xocalıya növbəti köç olub
"Kapital Bank"ın İdarə Heyətində dəyişiklik edilib
Şəhid Vüqar Babayevlə vida mərasimi keçirilib
Sabiq deputatdan "Azərişığ”a etiraz: "Abonentlərin 1%-i belə 1 manat tutulmasına razı deyil"
Agentliyin sədr müavini vəzifədən azad olunub
İran rəsmilərinə sanksiyalar tətbiq olunub
Ərəstun Orucluya da hökm oxundu - Məhkəmə prosesi
Pensiya məbləği necə hesablanır?
Orxan Lökbatanlı: "Belə bir adamı Allaha tapşırıram"
"Azərsilah"ın zavodunda qəza olub
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır
Gimnaziyalarda nöqsanlar aşkarlanıb