Autsayderlərin duelində bir qırmızı kart, bir qol... - "Kəpəz" "Qəbələ"yə qalib gəldi - VİDEO (Yenilənib)

img

14-12-2025 [15:57]


Misli Premyer liqasının 15-ci turunun növbəti oyunu hazırda Yevlaxda keçirilib.

Mia.az xəbər verir ki, "Kəpəz" komandası "Qəbələ"ni qəbul edib.

38-ci dəqiqədə isə "Qəbələ"dən Sanqare qrımız kartla meydandan qovulub. Azlıqda qalmalarına baxmayaraq, "Qəbələ" topa daha çox nəzarət etsə də, "Kəpəz" hesabı açıb.

54-cü dəqiqədə Ryonosuke Ohori gəncəliləri önə çıxarıb.

Oyun bu hesabla başa çatıb.

Xatırladaq ki, Gəncə təmsilçisi olan "Kəpəz" ev oyunlarını müvəqqəti olaraq Yevlax stadionunda keçirilib.

Turnir cədvəlində sonuncu yerlərdə qərarlaşan bu iki komanda xal üçün bütün gücünü ortaya qoyacaq. Autsayder "Karvan-Yevlax"la eyni taleyi bölüşməmək üçün hər ikisinin xala ehtiyacı var. "Qəbələ"dən fərqli olaraq "Kəpəz" bu mövsüm daha motivasiyalı olub və ən azından son oyunlarında qol vurmağı bacarıb. 

Bugünki nəticədən sonra isə  "Qəbələ" 8 xalda qalıb, "Kəpəz" isə xalını 9-a çatdırıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA