Yaponiyada zəlzələ oldu - 6,7 bal gücündə

img

12-12-2025 [20:26]


Bu gün Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində güclü zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi açıqlama yayıb.

Qeyd edilib ki, zəlzələ 6,7 ​​bal gücündə olub: "Təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı verilib".

Xatırladaq ki, dekabrın 8-də də həmin bölgədə 7,5 bal gücündə zəlzələ baş verib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 12.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA