“Bravo” 17 qəpiyə görə 4 min manat cərimələndi

img

12-12-2025 [17:07]


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsi barədə protokol tərtib edib.

Mia.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunub ki, “Bravo” marketdə 2l-lik plastik qablaşdırmada olan “Aquavita” adlı qazsız suyun qiymət kağızında qiymətinin 0,92 manat göstərilməsinə baxmayaraq, kassada 1.09 manata satılıb.

Nəticədə “Bravo” Ticarət Qaydaları Əleyhinə olan qaydanı pozub.

Məhkəmənin qərarına əsasən, “Bravo” 4000 manat məbləğində cərimə edilib/Teleqaraf.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 12.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA