"Sabah"ın oyunçusu Joy Mikels Mia.az-a danışdı - VİDEO

img

13-12-2025 [20:25]


Almaniya futbolunun yetirməsi Joy Lens Mikels "Sabah"ın tərkibində bu gün "Tovuz-Turan"a qarşı keçirdiyi oyunda daha bir qolun müəllifi olub.

Mia.az xəbər verir ki, futbolçu öz komandası ilə "Turan-Tovuz" klubunu 1-3 hesabıyla məğlub edib.

Xatırladaq ki, Joy Mikels "Zirə"də oynayan Leroy Mikelsin qardaşıdı.

Keçən turun oyununda Leroy Mikels Mia.az-ın əməkdaşının verdiyi suala cavabında demişdi ki, qardaşlar bir araya gələndə kimin daha çox top vurduğunu müzakirə edir.

Əməkdaşımız bu dəfə Joy Mikelsdən qardaşlar arası söhbətlərdə mövzuların nədən ibarət olduğunu soruşub.

J.Mikelsin sözlərinə görə, hazırda ölkə çempionatında baş verənləri onlar daha çox müzakirə edir.

"Rəqabət mühiti güclüdü. Hazırda liqa komandaları arasında çempionat çox maraqlı keçir", - deyə o, bildirib.

Yeri gəlmişkən, Mikels qardaşlarından üçüncüsü, Joy Slayd "Karvan-Yevlax"da oynayır.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA