Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?

img

05-12-2025 [15:26]


Azərbaycanın ən iri aktivlərə sahib olan dövlət bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) İdarə Heyəti sədrinin birinci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb.

Mia.az Banker.az-a istinadla xəbər verir ki, İlham Həbibullayev Səbahəddin oğlundan boşalan vəzifəyə isə hələlik təyinat olmayıb.

Beləliklə, bu qərarla  İdarə Heyətinin üzvlərinin sayı altı nəfərə düşüb.

İlham Həbibullayeva gəldikdə, o, 30 ildir bank sektorunda çalışır. Karyerasına 1995-ci ildə başlayıb.

ABB-dəki son vəzifəsinə 2020-ci ilin martından indiki vəzifəyə təyin edilmişdi.

2010-2019-cu illərdə “Expressbank” ASC-də çalışıb: 2017-2019-cu illərdə icraçı direktor, 2010-2017-ci illərdə isə müavini olub.

2004-2010-cu illərdə “Unibank” ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. Belə ki, 2004-2006-cı illərdə Layihələrin maliyyələşdirilməsi və sənədli əməliyyatlar bölməsinin rəhbəri, 2006-2010-cu illərdə isə Korporativ bankçılıq üzrə menecer vəzifələrində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:26 05.12.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA