Deputatlar "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanuna da "hə" dedi - Detallar

img

02-12-2025 [15:56]


Milli Məclis "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Mia.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə zamanı qeyd edilib ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (2025-ci illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.

Sənədə əsasən, xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.

DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:35 02.12.2025

Bölgələrə qar yağır

12:21 02.12.2025

Sabah yağış yağacaq

12:06 02.12.2025

AZAL yenilik edib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA