İcra başçısının sabiq müavini haqqında hansı qərar veriləcək? - Məhkəmə iclası

img

27-10-2025 [15:57]


Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə istintaqı tamamlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror yekun çıxış edib.

O bəyan edib ki, Vəfa Allahverdiyevaya verilmiş ittiham kifayət qədər dəlil-sübutlar və şahid ifadələri əsasında təsdiqini tapıb.

Prokuror bu əsasla onun 7 il 6 ay, birgə ittiham olunduğu Təranə Bağırovanın 9 il azadlıqdan məhrum edilməsini tələb edib. Sonuncu başqa cinayətə görə hazırda həbsdədir.

Azadlıqda olan V.Allahverdiyevanın məhkəmə zalında qandallanması istənillib.

İş üzrə zərərçəkmiş Cavanşir Məmmədəliyevi isə yalnız ələ keçirilən 51 min manat pulunun geri qaytarılması maraqlandırır. O, hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Qeyd edək ki, Vəfa Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib./qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA