Türkiyədə ağır qəza: avtobus TIR-la toqquşdu, 23 nəfər yaralandı (FOTO)

img

30-09-2025 [18:13]


Bu gün Türkiyədə ağır qəza baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Sivasın Yıldızeli rayonunda olub.

Məlumata görə, sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 23 nəfər yaralanıb.

Xəbərdə deyilir ki, yaralılarda 8-nin vəziyyəti ağırdır: "Yaralıların hamısı  təcili yardım maşını ilə şəhərdəki xəstəxanalara çatdırılıb. 8 nəfərin həyatına təhlükə var"

Firudin Səfərli
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA