Rəhim Rəhimovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTOLAR
30-01-2023 [13:35]
Görkəmli həkim, rentgenoloq-klinsist, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb üzrə elmlər doktoru, əməkdar elm xadimi, professor Rəhim Rəhimovun anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkənin tibb və elm ocaqlarında, o cümlədən müxtəlif ictimai təşkilatlarda yubiley tədbirlərinin keçirilməsi planlaşdırılır.
Mia.az xəbər verir ki, belə tədbirlərdən birincisi yanvarın 28-də “Arion Otel Baku”nun konfrans zalında, görkəmli akademikin də yaradıcısı olduğu “Tusi” Ordubad Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil edilib. “Bir Bütöv İnsan portreti” adlanan dəyirmi masa formatlı tədbirdə görkəmli elm adamları, həkimlər, akademikin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Tusi” Xeyriyyə Cəmiyyətinin sədri Yəhya Babanlı Rəhim Rəhimovun həyatı və elmi fəaliyyətindən danışıb. Natiq, mərhum akademikin Azərbaycan səhiyyəsi üçün tibb üzrə elmi tədqiqat, təşkilati-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasındakı rolundan, professorun dəst-xətti və imzasından söz açıb.
Sonra tədbir iştirakçılarına görkəmli akademikin həyat yolundan bəhs edən “Bir Bütöv İnsan Portreti” adlı qısa film təqdim edilib.
Daha sonra tədbir iştirakçıları Rəhim Rəhimovun adının doğulduğu Ordubad rayonunda əbədiləşdirilməsi üçün təkliflər irəli sürüblər. Aşağıdakı 3 təklif dəyirmi masa iştirakçıları tərəfindən bəyənilərək, müvafiq işlərin aparılması və “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən lazımi orqanlara müraciətlər edilməsi qərara alınıb:
1. Ordubad şəhərində Rəhim Rəhimovun ev muzeyinin yaradılması
2. Ordubad şəhərində Rəhim Rəhimov adına küçənin verilməsi
3. Ordubad Şəhər Xəstəxanasına Rəhim Rəhimovun adının verilməsi.
Tədbirin sonunda Rəhim Rəhimovun övladları, tanınmış həkimlər - Nurməmməd və Çingiz Rəhimovlar da çıxış edərək öz xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirak edən hər bir kəsə təşəkkürlərini çatdırıblar.
Sonda bir daha qeyd edilib ki, Rəhim Rəhimovun öz təmiz vicdanı, gözəl əməlləri, zəhməti və xeyirxahlığı ilə yaratdığı müfəssəl və mükəmməl “Bir Bütöv İnsan Portreti” əbədi yaşayacaq.



Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ