"Mənə yaxın icra başçıları yaxınlaşıb deyirdilər ki..." - Məşhur YAP-çı Ramiz Mehdiyevlə bağlı yeni faktları sadaladı

img

24-10-2025 [09:25]


YAP-ın məşhur funksioneri, vaxtı ilə  Naftalanın icra başçısı olmuş sabiq deputat Musa Musayev PA-nın sabiq rəhbəri, hazırda "Dövlətə xəyanət", "Hakimiyyəti zorla ələ keçirmək" və Ddigər cinayətlərdə ittihamolunan Musa Musayev nöbəti dəfə maraqı fakt açqlayıb.

Mia.az xəbər evrir ki, o, feysbuk hesabında aşağıdakı tarixi hadisələri qələmə alıb:

"Bir məsələni sizlərlə bölüşmək istəyirəm.

2006 - 2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı olduğum dövrdə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ildə bir dəfə bütün şəhər və rayon İcra Hakimiyyətinin başçılarını toplayıb tədbirlər keçirirdi. Tədbirlərdə gündəlikdə olan məsələlərlə bağlı məsul şəxslər danışdıqdan sonra Ramiz Mehdiyev zala müraciət edirdi ki, kimin sözü var?

Yalnız hər tədbirdə mən əlimi qaldırıb çıxış edirdim və Naftalandakı problemləri deyirdim (O dövürdə işləyən icra başçıları və PA-nın işçiləri bunun şahidi olub).

Tədbirdən sonra mənə yaxın başçılar yaxınlaşıb deyirdilər ki, sən Ramiz müəllimin qarşısında çıxış etdiyinə görə qorxmursan?

Cavab verirdim ki, mən niyə qorxmalıyam ki? "Bəlkə sizin probleminiz yoxdur, Naftalanda isə problemlər var: ərazi problemi, qaçqınların problemi, Sanatoriyaların problemi və sairə. Ona görədə imkan yaranıb və mən onları deməliyəm".

2009-cu ilin Dekabrın 15-də Bələdiyyə seçkiləri qabağı bütün rayon və şəhər İcra Hakimiyyətinin başçıları PA-na toplanmışdılar. Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda YAP-ın icra katibi və müavinləri, MSK-sədri və katibləri, PA-nın bütün şöbə müdirləri toplantıda iştirak edirdilər.

Proqram üzrə çıxışlar qurtardıqdan sonra Ramiz Mehdiyev üzünü mənə tutaraq bilirdiki, məndən başqa heç kim cürət edib danışa bilməz və soruşdu: kimin sözü var?

Mən ayağa qalxdım, bildirdim ki, Naftalanda Bələdiyyə seçkiləri baş tutmayacaq. Səbəblərini açıqladım. Dairə Seçki Komissiyasındakı qanun pozuntusunu, YAP Naftalan təşkilatındakı daxili problemi və PA tərəfindən mənə olan təzyiqi vurğuladım.

Nəhayət, dekarın 23-də Bələdiyyə seçkiləri keçirildi və mən deyənlər öz təsdiqini tapdı. Aidiyyatı qurumlar öz çirkin əməllərini ört-basdır etməkdən ötrü, o cümlədən PA-nın məsul şəxsləri - Ramiz Mehdiyev başda olmaqla MSK-na və DSK-na təzyiq edərək Bələdiyyə seçkisini Naftalanda ləğv etdirdilər. Bununla da Ramiz Mehdiyev məndən ikinci qisasını aldı (Birinci hər kəsə bəllidir, 2005-ci ilin noyabrındakı Parlament seçkisi, Binəqədi 8 saylı Dairə - Elşad Abdullayevin rəhmətlik Sevinclə "otverka" məsələsi).

Çoxları üçün maraqlıdır ki, Naftalanda Bələdiyyə seçkiləri niyə ləğv olundu?

Bu da cavab! Çox şeyləri demək istəmirəm, səbəb bəlli!".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA