"Ərəb ölkələrinə söz vermişəm, əgər bunu etsələr, bizim dəstəyi itirəcəklər" - Trampdan İsrailə xəbərdarlıq

img

23-10-2025 [17:35]


"Əgər İsrail İordan çayının qərb sahilini ilhaq edərsə, o zaman ABŞ-ın bütün dəstəyini itirəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu təhdidi ABŞ prezidenti Donald Tramp dünən İsrail parlamentinin işğal altındakı İordan çayının qərb sahilini ilhaqı ilə bağlı layihəyə birinci oxunuşda "hə" deməsinə münasibətdə səsləndirib.

Tramp bu barədə “Time” jurnalına müsahibəsində "Benyamin Netanyahu hökuməti İordan çayının qərb sahilinin ilhaqı istiqamətində addımlar atsa, nə olacaq" sualına belə cavab verib: "Bu olmayacaq. Ərəb ölkələrinə söz vermişəm, bu, olmayacaq. İsrail bunu edə bilməz. Əgər belə getsə, İsrail ABŞ-ın bütün dəstəyini itirəcək".

Yeri gəlmişkən, İsrailə səfərinin sonunda hava limanında ABŞ-ın vitse-prezidenti J.D.Vensdə bu ilhaq məsələsinə etiraz edib. O, bu qərarın qəbulunun təhqiramiz və “axmaqcasına addım” adlandırıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA