Ağ Evdən açıqlama: "Trampın Putinlə görüş ehtimalı az da olsa, var"

img

24-10-2025 [09:52]


"Trampın Putinlə görüş ehtimalı az da olsa, var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karolin Livit mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, Budapeştə planlanan görüş ləğv olunsa da, iki ölkə liderinin bir araya gəlmək ehtimalı barədə ehtimal "masadan qalxmayıb".

O bildirib ki, Budapeştdəki görüşn ləğvi Rusiya-Ukrayna müharibəsində hər hansı bir razılaşma ehtimalının olmamasına görə ləğv edilib: "Boş yerə görüşə nə ehtiyac var ki?!. Ancaq müsbət nəticə gözləntisi olarsa, görüş hər an ola bilər".

ABŞ-ın Rusiya neft şirkətlərinə yeni sanksiyalarına toxunan Livit bildirib ki, Tramp lazım bildiyi zaman Moskvaya qarşı tədbir görür və görməkdə də davam edəcək: "Tramp müharibəyə son qoymaq istəyir. Və bunun üçün xüsusən də Moskvadan yalnız sözlər deyil, konkret hərəkət gözləyirik"

Zülfiyyə Mustafayeva
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA