İmamoğlu və Yanardağ İsrailə casusluqda ittiham olunur - Jurnalist saxlanılıb

img

24-10-2025 [10:51]


İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan keçmiş sədri Əkrəm İmamoğlu və onun seçki kampaniyasının rəhbəri Necati Özkana qarşı sensasiyalı ittiham var.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlara qarşı İsrailə casusluq etməklə bağlı iddialar var.

Məlumata görə, bu ittiham üzrə artıq jurnalist Merdan Yanardağ saxlanılıb.

İstanbul Baş Prokurorluğundan bildirilib ki, bu ilin 4 iyulunda İsrailə casusluq ittihamı ilə həbs edilən Hüseyn Günün telefonları araşdırılıb: "Onun xarici ölkələr üçün casusluq fəaliyyəti ilə məşğul olduğu, məxfiliyi qorumaq üçün şifrəli telefonlar vasitəsilə ünsiyyət qurduğu və müxtəlif ölkələrdə daxili iğtişaşları maliyyələşdirdiyi aşkarlanıb. Günün kompütür və telefonlarında bir çox mülki şəxslərin və ya şirkətlərin əldə etməsi mümkünsüz olan hərbi sursat və silahların fotoşəkilləri, eləcə də İsraildə hərbi və ya siyasi fəaliyyətlə məşğul olduqları düşünülən İsrail vətəndaşlarına məxsus pasport fotoşəkilləri var. Onun əlyazma dəftərləri və digər sənədlərini araşdırıldıqda şübhəli Günə məxsus sənədlərdə müxtəlif ölkələrdə dövlət çevrilişi cəhdləri və vətəndaş iğtişaşları ilə bağlı məlumatlar tapılıb. O, həmçinin Günün Türkiyədə görüşdüyü şəxslər və qurumlar haqqında gündəlik qeydlər apardığını qeyd edib. Onun Türkiyədəki məsələlərlə bağlı kəşfiyyat zabitlərinə və ya siyasi fəaliyyətlə məşğul olan şəxslərə gizli məlumatlar verdiyi şübhələri güclüdür. Həmçinin, onun FETÖ/PDY terror təşkilatının yüksək vəzifəli rəhbəri və İngiltərənin sözdə imamı Mustafa Özcanla üzbəüz görüşlər keçirdiyi və ondan təkliflər aldığına dair sübutlar da var. Həmçinin, onun Yaxın Şərq, Afrika və Türkiyə ilə bağlı məsələlərlə bağlı topladığı məlumatları kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş xarici ölkədən olan şəxslərə ötürdüyü aşkar edilib". 

Prokurorluqdan daha sonra bildirilib ki, şübhəli Hüseyn Günün FETÖ üzvləri tərəfindən istifadə edilən "ByLock" çat proqramına bənzər yüksək məxfi kriptoqrafik rabitə proqramı olan "Wickr" proqramı vasitəsilə xarici kəşfiyyat zabiti ilə yazışmaları üzə çıxarılıb: "Xarici kəşfiyyat zabiti şübhəliyə Türkiyədə xidmət edən iki keçmiş nazir də daxil olmaqla bir qrup insanın uzaqdan və gizli şəkildə çəkilmiş şəklini göndərib. 

Şübhəlinin eyni kriptoqrafik rabitə proqramı vasitəsilə Əkrəm İmamoğlunun mənfəət yönümlü cinayətkar təşkilatının liderlərindən biri olan Necati Özkan adlı şübhəli ilə söhbət etdiyi müəyyən edilib...."

Məlumatda deyilir ki, bu iddialar üzrə İmamoğlu və onun seçki qərargahının rəhbəri olmuş Necati Özkan istintaqa cəlb olunub: "Onların ifadələri alınacaq."

Məlumatda saxlanılan jurnlaist Yanardağla bağlı detallar açıqlanmayıb.
  
Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA