Çempionlar Liqası: oyunundan əvvəl həbslər başlayıb - XİN məsələni araşdırır

img

21-10-2025 [16:31]


Bu gecə saat 23.00-a başlayacaq UEFA Çempionlar Liqasında PSV - "Napoli" matçı öncəsi gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, holland polislər Eyndhovenə səfər edən 180 italiyalı azarkeşi həbs edib, daha sonra isə onları ökədən qovublar.

İtaliya mətbuatı xəbər verir ki, komandalarını dəstəkləmək üçün bir gün əvvəldən Niderlanda gələn italyan azarkeşlər burada gərgin gecə yaşayıb: "Hollandiya təhlükəsizlik qüvvələri azarkeşlər arasında iğtişaşlar yaranma ehtimalını nəzərər alaraq, dünən gecə 180 "Napoli" azarkeşi saxlayıb. Daha sonra isə onları şəhərdə ictimai asayişi pozamaqda ittiham edərək, ölkədən çıxarıblar".

Məlumata əsasən, qovulan 180 azarkeşin biletləri də ləğv edilib.

İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani fakta srət etiraz edib. O, İtaliya səfirliyinə məsələni operativ araşdırmaq tapşırığı verildiyini bildirib: "Bu axşamkı futbol matçından əvvəl Eyndhovendə "Napoli" azarkeşlərinə qarşı baş verənləri çox yaxından izləyirik. Ümid edirəm, holland polisləri səhvlərini anlayacaq və azarkeşlərimzlə bağlı qərarı geri götürəcəklər"

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA