"Ziraat Bank"da müştərilərinin depozitləri sığortalanmır

img

21-10-2025 [11:52]


Türkiyə bankına yerləşdirilən bu əmanətlərin sahibləri böyük risklə üz-üzədir.

Mia.az Kommersant.az-a istinadla xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyənin "Ziraat Bank"ı müştərilərindən topladığı dollar əmanətlərini risk altına qoyur.

Belə ki, banka yerləşdirilən dollar depozitləri Əmanətlərin Sığortalanması Fondu (qısaca - ADİF) tərəfindən sığortalanmır.

ADİF xarici valyutada yerləşdirilən əmanətlər üçün sığorta faizini ən yüksək 2.5 faiz həddində müəyyən edib. Buna baxmayaraq Türkiyənin bankı bu faizi aşaraq əmanət kimi qəbul etdiyi dollarları 3.25 faizədək qəbul edir. Nəticədə banka əmanət edilən dollar əmanətləri sığortadan kənar qalır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA