Deputatdan Ramiz Mehdiyevlə əlaqəsi haqda suala maraqlı cavab: "İkimiz də sovet adamlarıyıq"

img

21-10-2025 [15:31]


Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevlə bir çox sabiq dövlət adamlarının, həmçinin millət vəkillərinin əlaqəsi olduğu iddia edilir. Onunla əlaqəsi olduğu bildirilən deputatlardan biri də Rasim Musabəyovdur.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı deputat Rasim Musabəyov Demokrat.az-a bildirib ki, səsləndirilən fikirlər doğru deyil:

“Kimin ağlına nə gəlir, danışır. Son 10 ildə Ramiz Mehdiyevlə heç üz-üzə gəlib salamlaşmamışıq. hansı münasibətdən danışmaq olar? Təbii ki, ikimiz də sovet adamlarıyıq, bir-birimizi tanıyırıq. Amma hansısa şəxsi təmaslarımız olmayıb. Üz-üzə 4-5 dəfə gəlmişik, ya yox”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA