Bu gün "saxta diplom" ittihamı ilə məhkəmyə çxıarılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun işi üzrə prosesdə gərginlik yaranıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, tez-tez gərginliyin yaşandığı prosesdə hakim qismən məhkəmə tədqiqindən sonra  prosesi dekabrın 8-nə təxirə salıb.

Məlumatda deyilir ki, istər prosesdən əvvəl, istər proses zamanı, istərsə də sonradan məhkəmə binasında iclasa grmək istəyənlərlə jandarma əməkdaşları arasında gərginlik yaranıb: "CHP-li kütlə, İmamoğlunun tərəfdarları ərazidə qurulmuş maneələri dağıdıb və məhkəmə zalının qarşısına gələrək içəri girməyə cəhd edib. Nəticədə jandarm qüvvələri ilə izdiham arasında əlbəyaxa dava düşüb".

Firudun ASLAN
MİA.AZ