Ramız Mehdiyevin kürəkəni: "Mənim mağazam, iaşə obyektim yoxdur, müəssisəm var” - VİDEO

img

21-10-2025 [10:23]


Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev TV Müsavatın baş redaktoru Sevinc Telmanqızına açıqlama verib.

S.Telmanqızı ona R.Mehdiyevin həbsi, durumu, ailənin istintaqa çağırılması ilə bağlı suallar ünvanlamaq istəsə də, İ.Əliyev barəsində yayılanlara münasibət bildirib.

O, deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur: “Mən sizim efiri, telekanalı izləyirəm. Sosial problemlərlə, insanların həyatı ilə bağlı faktlar deyirsiz. Hər zaman baxıram sizə. Amma faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”.

İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA