İndoneziya israilli idmançılara viza verməkdən imtina etdi

img

09-10-2025 [20:26]


İndoneziya paytaxt Cakartada keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı ilə bağlı sensasiyalı qərar qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, dünya çempionatında mübarizə aparmaları üçün adları təşkilatçılara təqdim olunan 6 israilli idmançıya viza verilməyəcək.

İndoneziyanın Hüquq, İnsan Haqları, İmmiqrasiya və İslah Müəssisələri Koordinasiyası üzrə naziri Yusril İhza Mahendra faktı təsdiqləyib: "Bəli, oktyabrın 19-25-də keçiriləcək çempionatda israilli idmançılar iştirak etməyəcək. Fələstin azad olunmayana qədər İsraillə diplomatik əlaqələr qurulmayacaq. Biz bu sözümüzə sadiqik və bu səbəbdən altı israilli idmançıya viza verməkdən imtina etdik".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA