Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Ankarada: yeni sənəd imzalandı, birgə mesajlar verildi (FOTOLAR)
09-10-2025 [19:28]
Bu gün Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub.
Mia.az Türkyə mətbatına istinadla xəbər verir ki, görüşdən sonra üç ölkənin müdafiə nazirləri - milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani birgə mətbuat konfransı keçiriblər.
Çıxış edən nazir Zakir Həsənov bəyan edib ki, üç ölkənin liderləri arasında sıx münasibətlər və müntəzəm təmaslar ölkələr arasında münasibətlərin daha da inkişafını sürətləndirib. O qeyd edib ki, görüş zamanı ikitərəfli və üçtərəfli münasibətlərin inkişaf perspektivləri, fəaliyyətin səmərəliliyi, regionda baş verən hərbi-siyasi proseslər və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazir əlavə edib ki, görüşdə regionun sülh, sabitlik və təhlükəsizliyinə təhdidlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb: "Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin birgə bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması 30 ildən artıq davam edən müharibəyə son qoyulması istiqamətində mühüm addımlardır. Bu tarixi hadisə Cənubi Qafqazda və daha geniş regionda əməkdaşlıq üçün yeni imkanlar açır".
Nazir daha sonra qlobal hərbi-siyasi proseslər əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini diktə etdiyini deyib: “Beynəlxalq terrorizm, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, kiberhücumlar və iqlim dəyişikliyi kimi yeni yaranan təhdidlər ölkələrdən əməkdaşlıq etməyi və effektiv həll yolları hazırlamağı tələb edir".
Gürcüstanın müdafiə naziri Çikovani də dost və strateji tərəfdaşı olan ölkələrin müdafiə nazirləri ilə görüşdə iştirakının onun üçün böyük əhəmiyyət daşıdığını deyib. O, Yaşar Gülərə qonaqpərvərliyinə görə təşəkkür edib. Gürcü nazir qeyd edib ki, bu gün ikitərəfli və üçtərəfli münasibətləri müzakirə ediblər, həmçinin, regional təhlükəsizlik və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar: "Avropa ilə Asiya arasında körpü rolunu oynayan Cənubi Qafqaz regionu tarixən həmişə geostrateji region olub. Bu mənada ölkələrimiz arasında əməkdaşlıq çox vacibdir. Bizim əsas missiyamız birgə səylərlə regional sabitliyi qorumaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməklə sülh yolu ilə həllə nail olmaqdır. Bu strateji səviyyəli səfərlər, birgə təlimlər, üçtərəfli təlim kursları, hərbi ekspertlərin toplaşdığı görüşlər birgə işləmək üçün çox böyük imkan yaradır. Üçtərəfli təlim bizim üçün çox vacibdir və bugünkü üçtərəfli görüşlər çox yüksək səviyyədə keçdi. Əminəm ki, bu strateji əlaqələr gələcəkdə də çox uğurlu olacaq".
Qeyd edək ki, görüşdə yeni əməkdaşlıq sənədi də imzalanıb.
Zülfiyyə MUstafayeva
Mia.az

RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb