Güclü külək olacaq - Xəbərdarlıq

img

09-10-2025 [16:12]


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə oktyabrın 10-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a bildirilib ki, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan, Göyçay, Zərdab və Ağdaşda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu narıncı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin digər bölgələrində isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlıq deməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA