AZƏRBAYCAN və RUSİYA PREZİDENTLƏRİ BİR ARAYA GƏLDİ: Əliyevdən həlledici həmlə və... - TƏHLİL
09-10-2025 [18:57]
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında uzun zamandır gözlənilən təkbətək görüş bu gün baş tutdu.
Görüş təkcə iki lider arasında münasibətlərin temperaturunu ölçmək üçün deyil, həm də Rusiya–Azərbaycan əlaqələrinin gələcək trayektoriyasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı. Ən önəmli məqam, təbii ki, AZAL təyyarəsinin qəzaya uğraması fonunda yaranan gərginliyin danışıqlara necə təsir edəcəyi idi.
Görüş zamanı Vladimir Putinin açıqlamaları kifayət qədər diqqət çəkdi. Kreml başçısı AZAL-ın təyyarəsinin qəzaya uğramasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus pilotsuz təyyarənin səmada olması ilə əlaqələndirib. Rusiya prezidenti dəqiqləşdirib ki, faciə günü Moskva Rusiya sərhədini keçən üç Ukrayna pilotsuz təyyarəsini aşkarlayıb. O bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.
Təzminat və hüquqi qiymət
Putin görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib. Deyib ki, Rusiya hadisə ilə bağlı bütün cavabdeh şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək və təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək.
Əslində, Putinin səsləndirdiyi fikirlər Azərbaycan tərəfinin hadisənin ilk günlərindən etibarən tələb etdiyi məqamlar idi. Bakı qəzadan dərhal sonra olayın şəffaf araşdırılmasını, hüquqi qiymət verilməsini və zərərçəkənlərə təzminat ödənilməsini açıq şəkildə gündəmə gətirmişdi. Rusiya tərəfi uzun müddət bu məsələni texniki müstəviyə salmağa, məsuliyyəti yumşaltmağa çalışırdı. Lakin Azərbaycan tərəfinin ardıcıl, soyuqqanlı, lakin prinsipial davranışı Moskvanın mövqeyini dəyişməyə məcbur etdi.
Əliyevdən həlledici həmlə
Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət bir neçə baxımdan həlledici idi.
O, faciəyə sırf emosional deyil, dövlət məsuliyyəti və beynəlxalq hüquq müstəvisindən yanaşdı. Bakı hadisəni nə siyasi manipulyasiya vasitəsinə çevirdi, nə də onu regiondakı gərginliklərin fonunda ritorik təzyiq elementi kimi istifadə etdi. Əksinə, Azərbaycanın mövqeyi başından bəri konkret idi: bu, texniki qəza yox, nəticələri olan real hadisədir və ona görə də məsuliyyət daşıyan tərəf hüquqi addım atmalıdır.
Putinin Düşənbədə səsləndirdiyi “kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq” bəyanatı məhz bu prinsipial xəttin nəticəsidir. Rusiya faktiki olaraq hadisəyə dair Azərbaycan tərəfinin irəli sürdüyü əsas tezisləri qəbul etdi. Əgər Bakı bu məsələdə emosional və qeyri-sabit mövqe nümayiş etdirsəydi, Moskva hadisəni “texniki səhv” kontekstində bağlamağa nail ola bilərdi. Amma ölkə başçısının sakit, lakin sərt diplomatik tərzi, qarşı tərəfi arqumentlərlə üz-üzə qoydu. Bu mənada Bakı Rusiya–Azərbaycan münasibətlərinin gələcəyində sürprizə imkan vermədi.
Prezidentin Putinə təşəkkürü…
Ölkə başçısının usta diplomatik soyuqqanlı yanaşması Putinlə görüşdə də özünü bir daha göstərdi. Belə ki, Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
“Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, – deyə dövlətimizin başçısı bildirib.
Düşənbə görüşü Bakı–Moskva münasibətlərində tonun yumşaldılması istiqamətində ilk real addım kimi qiymətləndirilə bilər. Hadisə ətrafında formalaşan emosional gərginlik artıq rasional çərçivəyə keçib və dialoq kanallarının bərpası reallığa çevrilib. Bununla belə, münasibətlərin tam əvvəlki səviyyəyə qayıdacağını demək hələ tezdir.
“Kontrollu normallaşma”
Azərbaycan tərəfi üçün əsas məsələ təkcə faciəyə hüquqi qiymət verilməsi deyil, eyni zamanda etimadın bərpasıdır. Yaxın perspektivdə münasibətlərdə “kontrollu normallaşma” modeli müşahidə olunacaq. Yəni tərəflər əməkdaşlıq kanallarını açıq saxlayacaq, lakin Bakı ölçülü və riskləri əvvəlcədən hesablayan xəttini qoruyacaq.
Nəticə etibarilə, Azərbaycan–Rusiya münasibətləri yeni mərhələyə daxil olur. Bu mərhələdə Bakı rasional davranacaq, hər jesti və bəyanatı strateji dəyərləndirəcək. Azərbaycan artıq regionda etimadını yalnız öz gücünə söykənərək formalaşdıran dövlətdir və Moskva ilə münasibətlərdə də bu yeni reallıq həlledici faktor olacaq.
Turan Rzayev
MİA.AZ
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb