Prezident İlham Əliyevlə Putin təkbətək görüşüb - Düşənbədə çıxışlar (VİDEO, FOTOLAR) - Yenilənib
09-10-2025 [17:59]
Düşənbədə oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən Prezident Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu.
Bu yaxınlarda biz – doğrudur, Pekində hər halda qısa da olsa görüşdük. Buna qədər bir neçə dəfə telefonla danışmışıq.
Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk.
İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır.
Birincisi, ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatını eyni vaxtda izləyirdik.
İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, - əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə.
Məhz bu səbəbdən pilot hadisəni quş sürüsü ilə toqquşma kimi qiymətləndirib, bu barədə rusiyalı dispetçerlərə məlumat verib, bütün bunlar "qara qutular"da qeyd olunub. Həmçinin ona təklif olunub ki, - bu da "qara qutular"da var, yaxşı eşidilir, - Mahaçqalaya eniş etsin, amma o, qalxdığı aeroporta qayıtmaqla bağlı qərar qəbul edib, sonra isə Qazaxıstana uçub. Bununla belə, fakt faktlığında qalır.
Faciənin səbəblərini indi Sizə təqdim etdim. Bütün bunlar baş verənlərin texniki xarakteristikasının dəqiq analizindən və "qara qutular"ın nəticələrinin saniyəbəsaniyə yoxlanılmasından sonra sənədlərdə öz əksini tapıb.
Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil.
Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq. Amma ümumilikdə, mən Sizə əsasən elə bu görüşümüz ərəfəsində - dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım. Bu, birinci hissədir.
İkincisi. Qeyd etmək istərdim ki, buna baxmayaraq, bizim maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Əlbəttə, hər şeydən əvvəl bu, iqtisadi-ticari əlaqələrə aiddir. Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir.
Sizin bu mövzuya diqqətiniz sayəsində bizim humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Ancaq biz indi bu barədə hələ danışacağıq. Birincisi, bununla bağlı Sizə minnətdarıq, ikincisi, əlbəttə, özümüz də hər şeyi edəcəyik ki, bu dinamika qorunub saxlanılsın.
Təbii ki, bizim XİN-lər regionda vəziyyətlə bağlı, ümumilikdə beynəlxalq arenada şəraitlə əlaqədar həmişə bir-biri ilə çox sıx fəaliyyət göstərib. Ümidvaram ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, o qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin.
Sizə təşəkkür edirəm.
x x x
Sonra çıxış edən Prezident İlham Əliyev dedi:
-Vladimir Vladimiroviç, çox sağ olun.
Əvvəlcə görüşə görə Sizə təşəkkürümü bildirmək istərdim. Siz qeyd etdiyiniz kimi, biz Pekində Sizinlə qısaca görüşdük, həmçinin elə iki gün əvvəl doğum gününüzlə əlaqədar Sizə zəng etdim. Fürsətdən istifadə edərək Sizi bir daha təbrik etmək və Sizə, yaxınlarınıza, dost Rusiya xalqına ən xoş arzularımı çatdırmaq istərdim.
Əlbəttə, Azərbaycan Hava Yollarının təyyarəsinin keçən ilin dekabrında qəzaya uğraması ilə bağlı faciə haqqında ətraflı informasiyaya görə xüsusilə təşəkkür edirəm. Biz Sizinlə dərhal təmasa keçdik. Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin Sizdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən bu tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim.
Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim.
Siz etdiyiniz kimi, bu il təkcə iqtisad-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur. Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir.
Həmçinin bu yaxınlarda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası keçirilib, həmsədrlər təkcə iqtisadi-ticari deyil, bütün məsələlərin geniş spektrini ətraflı müzakirə ediblər.
Əlbəttə, bu gün gündəliyi bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. O, kifayət qədər geniş və müsbətdir. Beləliklə, bu informasiyaya görə bir daha təşəkkür edirəm və əminəm ki, bu gün cəmiyyətlərimizə göndərdiyiniz mesajlar da müsbət qarşılanacaq.
Prezident Vladimri Putin: Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
***
Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Mia.az xəbər verir ki, bu barədə Düşənbədə oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə bəhs olunub.
"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim", - deyə dövlət başçısı bildirib.
***
Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.
Mia.az xəbər verir ki, o, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var", - deyə Prezident Putin əlavə edib.







Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlaırnı yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz
Tramp və İlham Əliyev bir-birlərinə məktub göndərib - MƏTN
Çempionlar Liqası: “Qarabağ”ın oyununa 26 mindən çox bilet satılıb
"SOCAR Türkiyə" daha bir əməkdaşlıq sazişi imzalayıb - Açıqlamalar
Səfər Əbiyev jurnalistə hirsləndi: "Ay kişi, nə istəyirsən?"
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünya geridönməz su problemiylə üz-üzə: bir paytaxt susuz qalacaq, digəri isə sürətlə çökür... - BMT həyəcan təbili çaldı, çıxış yolu göstərdi
Departament rəhbəri vəzifədən azad olunub
"Evimdə də çətirim olmayıb və hazırda da yoxdur" - İsa Həbibbəyli
Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin ölkədən çıxışına qadağa qoyula bilər - Dövlət Xidmətindən elə açıqlama verildi ki...