Şərqşünaslıq İnstitutunda "Bəxtiyar Vahabzadə və Türk dünyası" adlı elmi sessiya keçirilib
03-10-2025 [14:06]
Oktyabrın 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Bəxtiyar Vahabzadə və Türk dünyası" adlı elmi sessiya keçirilib.
Mia.az-a verilən məlumata görə, elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bu il görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinin qeyd edildiyini söyləyərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzaladığını xatırladıb.
Akademik G.Baxşəliyeva Bəxtiyar Vahabzadənin Azərbaycanda milli ruhun formalaşmasında müstəsna rol oynamış şair olduğunu deyərək, onun daim öz bədii yaradıcılığında və çıxışlarında milli məsələləri, ana dili məsələsini qaldırdığını qeyd edib.
Şairin “Gülüstan” poemasının xalqın harayı olduğunu deyən G.Baxşəliyeva bu mövzunun onun yaradıcılığında mühüm yer tutduğunu deyib. Azadlıq carçısı Bəxtiyar Vahabzadənin 20 Yanvar şəhidlərinin dəfni zamanı səsini ucaltdığını deyən G.Baxşəliyeva onun “Şəhidlər” poemasının xalqın səsi olduğunu qeyd edib.
İnstitutun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səriyyə Gündoğdu elmi sessiyada “Bir millətin haqq səsi - istiqlal şairi Bəxtiyar Vahabzadə” mövzusunda məruzə edib. Azərbaycan ədəbiyyatının qüdrətli şəxsiyyəti, zəmanəmizin böyük sənətkarı, xalq şairi, görkəmli ictimai xadim - BəxtiyarVahabzadənin anadan olmasının 100-cü il dönümündə sadəcə Azərbaycan xalqı deyil bütün Türk Dünyası tərəfindən ehtiramla yad edildiyini deyən S.Gündoğdu XX əsrin ikinci yarısında cərəyan edən hadisələrdə Bəxtiyar Vahabzadənin xalqın ruhu, düşüncəsi, mənəviyyatı, gələcəyi və istiqlalı üçün bütün varlığıyla mübarizə apardığını, öz istedadı ilə böyük bir nəslin yetişməsində mühüm rol oynadığını, yazdığı şeirləriylə əsarət altında çırpınan türklərin ümid çırağını yandırmaqla yanaşı bitib tükənməyən istiqlal arzusunu da gücləndirdiyini qeyd edib.
"Gülüstan" poeması ilə B.Vahabzadənin ədəbiyyat tarixi ilə yanaşı ictimai fikir tarixinə də daxil olduğunu deyən məruzəçi bu əsərin Azərbaycan xalqına istiqlaliyyətinin, milli-mənəvi dəyərlərinin unutturmaq istəndiyi bir dövürdə yazılması ilə çox önəmli olduğunu bildirib.
İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Bəxtiyar Vahabzadə yaradıcılığında milli təəssübkeşlik və istiqlal motivləri” mövzusunda məruzə edib. Bəxtiyar Vahabzadənin yalnız poetik istedadı ilə deyil, həm də dərin vətəndaşlıq mövqeyi, milli düşüncəsi və mənəvi dəyərlərə bağlılığı ilə ədəbi isrsimizdə xüsusi yer tutduğunu deyən məruzəçi onun poeziyasını milli kimliyimizin, tarximizin, ana dilimizin, Vətən sevgisinin və mənəvi dəyərlərimizin güzgüsü olduğunu bildirib. Ötən əsrin 50-ci illərindən başlayaraq milli düşüncə tərzinin təbliğatçısı kimi yazıb-yaratmağa başlayan şairin bir çox əsərlərinin zamanı qabaqladığını deyən M.Babaşlı, onun cəsarəti, qətiyyəti, dönməzliyi ilə istiqlal savaşı yolunda həmişə xalqın yanında olduğunu deyib və milli təəssübkeşlik və istiqlal motivlərinin yaradıcılığında necə əks olunmasından bəhs edib.
İnstititutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayeva “Bəxtiyar Vahabzadənin yaradıcılığında Cənubi Azərbaycan mövzusu” adlı məruzə ilə çıxış edib. Şairin yaradıcılığında “Cənub” mövzusunun aparıcı xətlərdən birini tutduğunu deyən R.Rzayeva, onun yaradıcılığının ən erkən vaxtlarından sonuna qədər Azərbaycanın azadığı arzusu ilə yazıb-yaratdığını bildirib. Məruzəçi “Cənub” mövzusunun Sovet rejiminin ən kəskin dövründə belə bütün təzyiqlərə baxmayaraq, Bəxtiyar Vahabzadə yaradıcılığında mühüm yer tutduğunu söyləyib. Bu mövzunu əhatə edən və Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Vətəndən Vətənə məktublar...” kitabının tərtibçisi və ön sözünün müəllifi olan R.Rzayeva bu kitabın yaxın günlərdə işıq üzü görəcəyini qeyd edib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı