Kəbin, yaş fərqi, qohum evliliyi... - İyuln 1-dən yeni evlənənləri əlavə "yük" və qadağalar gözləyir
25-06-2025 [08:50]
İyulun 1-dən artıq qohum evlilikləri ilə bağlı qadağa qüvvəyə minir.
Ailə Məcəlləsində edilən düzəlişlərə əsasən, bioloji əlaqəsi olan dayı və bacı qızı, əmi və qardaş qızı, xala və qardaş oğlu, eləcə də ümumi baba və ya nənəsi olan qohumlar arasında nikahlar qadağan ediləcək. Eyni zamanda, bu qadağalarla bağlı müxtəlif fikirlər də səslənir.
Belə ki, bu qadağanın dini, vətəndaş nikahlarının sayını artıracağı, eləcə də nikahdankənar uşaqların dünyaya gələcəyi ilə bağlı iddialar var.
Onu da qeyd edək ki, şadlıq evlərində toy mərasimləri zamanı ailə quracaq şəxslərdən rəsmi nikahının olduğu tələb olunmur.
Eləcə də rəsmi nikahı olmadan evlənən şəxslərin övladları dünyaya gəldikdə, dövlət onlara doğum haqqında şəhadətnamə verməli olacaq.
Ümumiyyətlə, bu istiqamətdə mövcud problemlər necə həll olunacaq?
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Cebheinfo.az”-a bildirib ki, iyun ayında qüvvəyə minən dəyişikliklərdə dini kəbin kəsmə ilə bağlı yeni əlavələrdə cərimə nəzərdə tutulub:
“Belə ki, İnzibati Xətalar Məcəlləsinin 189.3 maddəsi ilə belə ailə quran şəxslər haqqında dövlət məlumat aldığı halda, o kəbinkəsməni həyata keçirən din xadimi 1000 manat cərimə olunacaq.
Əgər o, bir il ərzində bunu iki dəfə həyata keçiribsə, 2000 manat cərimə olunacaq. Eyni zamanda, qohumlar arasında evlilikdən uşaq dünyaya gəldikdə və ya dünyaya gəlmə ərəfəsində xəstəxanaya getdikdə ilkin sənədlə dövlət kontaktı yarandığı andan etibarən həm kəbin kəsmə ilə bağlı həm din xadimi, eyni zamanda sövdələşməyə daxil olan valideynlər cərimələnəcəklər.
Qohumlar arasında evlilik varsa, demək sövdələşmə var. Hətta oğlanla qız arasındakı yaş fərqi 5-dən çoxdursa, oğlan da cərimələnəcək. Bundan başqa, bütün rayon icra hakimiyyətlərinə məktub ünvanlanıb. Hər rayon icra hakimiyyəti öz ərazisindəki şadlıq sarayları, mərasim evləri kimi fəaliyyət göstərən müəssisələrə həmin ərazi inzibati nümayəndələri vasitəsilə məlumat verəcək. Məlumatlandırıcı bukletlər paylayacaqlar.
Mərasimlərin keçirilməsi ilə bağlı həmin müəssisələr 189.2 maddəsinə əsasən 13 min manatadək cərimə oluna bilərlər. İlkin mərhələdə həmin müəssisələr 6-9 min manata qədər, ikinci mərhələdə isə 13 min manata qədər cəriələnəcək. Yəni burada şadlıq evinin tutumu nəzərə alınmayacaq”.
Qurum yetkilisinin sözlərinə görə, Ailə Məcəlləsinin 46.3-cü maddəsində doğum haqqında şəhadətnamə ilə bağlı uşağın valideyni haqqında qeyd hissəsi var:
“Orada qeyd edilir ki, uşaq nikahı olmayan anadan doğulanda atalığın müəyyən olunması üçün valideynlərin ya birgə ərizəsi, ya da məhkəmə qətnaməsi olmalıdır.
Yəni bu maddəyə görə uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün valideynlər mütləq dövlətlə kontakta girəcək. Dövlət yoxlayıb, araşdırıb görəndə ki, onlar qohumdurlar, həm bu cərimələr onlara tətbiq olunacaq, həm də o uşağa doğum haqqında şəhadətnamə verilsə belə, dövlətin gözündə nikahdankənar doğulmuş uşaq olacaq.
Doğrudur, uşağın hüquqlarında problem olmur, doğum haqqında şəhadətnaməsi verilir. Ancaq onlar gələcəkdə birgə təsərrüfatda, birgə valideynlik fəaliyyətində, hər mərhələdə həm sənədlərlə bağlı problemlə qarşılaşacaqlar, həm də gələcəkdə istənilən məsələ mübahisələrində iş məhkəməyə qədər gedəcək, o məsələni həll edə bilməyəcəklər”.
Həmsöhəbtimiz onu da vurğulayıb ki, evlilik ərəfəsində analiz verdikdə tərəflərin qohum olduğu müəyyən edilmir:
“Qohumlar ayrı-ayrılıqda gedib analiz verə, özlərini nikaha daxil olmuş şəxs kimi göstərməyə bilərlər.
Analizlə bağlı TƏBİB-in səlahiyyətində bu məsələ yoxdur. Məsələn, onlar evləndilər, heç kəsə bildirmədilər, uşağa sənəd almaq üçün müraciət edəndə və yaxud qohum ola-ola bilmədən gedib nikah şəhadətnaməsi üçün müraciət edəndə, onlar bir-biri ilə qohumdursa, Ədliyyə Nazirliyinin qeydiyyat idarələri uşaqların adını portala yazanda sistem dərhal onu göstərəcək.
Qohum evliliyi olduğu üçün bu zaman onların nikahı qadağan olunacaq. Tamamilə gözdən yayınıb evləniblərsə, onlar dövlətlə birinci kontakt zamanı cərimələnəcək və məsuliyyətə cəlb olunmağa başlayacaqlar.
Məsələn, həkimə getdilər, həkim dedi ki, sizin nikah şəhadətnaməniz yoxdur və nikah şəhadətnaməsi olmadan həkimə müraciət edən kimi dərhal məlumatı polisə və icra hakimiyyətinə ötürür. Polis və icra hakimiyyəti dərhal araşdırma aparır və onların qohum olduğu aşkarlanarsa, məlumatı qeydiyyat üzrə müvafiq quruma ötürürlər”.
Nikahdankənar doğulan uşaqların sayının artacağı fikrinə gəldikdə isə T.Hüseynzadə bildirdi ki, hələ qanun qüvvəyə minənə qədər artıq bir çox qohumlar qohum evliliyini ləğv edib:
“Bizdə məlumatlar da var. Biz artıq bukletlər, məlumatlandırıcı lövhələr hazırlamışıq, icra hakimiyyətlərində hər ərazi üzrə nümayəndəliyə təlimlər keçib, bu haqda məlumatdırıb kənd camaatına yönləndiririk.
Əsas odur ki, insanlarımız qohum evliliyinin pis olduğunu başa düşsünlər. Bu gün genetik xəstəlik daşıyıcılarının 75 faizi qohum evliliklərdən olan uşaqlardir. Yəni 4 uşaqdan üçünü təşkil edir”.
MİA.AZ
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı