Qurban Qurbanov: "Belə gözəl stadionda futbol oynamaq bizim üçün xoş olacaq"

img

16-09-2025 [00:04]


"Qarabağ" futbolçuları "Benfika" ilə matçda ən yaxşı oyunlarını sərgiləyəcəklər".

Miai.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

O, səfərdəki qarşılaşmaya bəzi səbəblərə görə yaxşı hazırlaşa bilmədiklərini də qeyd edib: "Bu şəhərdə olmaq və belə gözəl stadionda futbol oynamaq bizim üçün xoş olacaq. Bəzi səbəblərə görə qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik. Hər halda, yetərincə təcrübəmiz var. İnanıram ki, sabah futbolçularımız ən yaxşı oyunlarını göstərəcəklər. Hər bir futbolçunun arzusudur ki, Çempionlar Liqasının əsas mərhələsində iştirak etsin".

"Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA