"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən..."

img

15-09-2025 [12:16]


Şairə Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı videosu ilə gündəm olub.

Mia.az Milli.Az-a istinadən xəbər verir ki, 30-35 yaş arası subay xanımlara müraciət edərək, onların bəzi istəklərini sərt tənqid edib.

Səfərlinin sözlərinə görə, bəzi qadınlar hələ ailə qurmazdan əvvəl ərdən ev, qızıl, geyim və tətil tələb edirlər:

"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən bu qədər şey tələb edirsiniz. düzgün deyil. Ev, qızıl, maşın, tətil, geyim... Buna ər dayanar? "Qırılmışlar", qalın evdə!".

Onun fikirləri izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bir qrup insan Səfərlinin sözlərini haqlı sayaraq, bu cür maddi tələblərin münasibətləri çətinləşdirdiyini qeyd edib. Digərləri isə şairəni sərt üslubuna görə qınayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA