Daha bir ölkə Rusiyaya nota verdi

img

15-09-2025 [19:31]


Bolqarıstan Rusiyaya nota verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi bəyanat verib.

Bəyanatda Rusiyanın sentyabrın 10-da Polşanın hava məkanını PUA-larla pozaması qətiyətlə pislənilib.

Bildirilib ki, bu səbəbdən Rusiya səfiri XİN-ə çağırılıb: "Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Qerqana Karadjova Rusiyanın Sofiyadakı səfiri Eleonora Mitrofanovaya etiraz ntamızı təqdim edib".

Bəyanatda Polşanın Bolqarıstanın NATO üzrə müttəfiqi və Avropa İttifaqı tərəfdaşı olduğu vurğulanıb: "Biz müttəfiqimzlə hər mənada həmrəyik".

Lamaiyə Əhmədli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA