Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - DTX, DİN və ANAMA birgə məlumat yaydı

img

15-09-2025 [18:05]


Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Azərbaycan Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

"Göstərilən istiqamətdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-axtarış tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA