Joze Mourinyo: "Bizim tək məqsədimiz var, o da qazanmaqdır"

img

26-08-2025 [23:31]


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Fənərbağça" səfərdə "Benfika" ilə qarşılaşacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Joze Mourinyo oyundan əvvəl müsahibə verib.

O, son liqa oyunda məhz bu oyuna görə bəzi oyunçuları meydana buraxmadığını gizlətməyib: "Liqamızdakı oyundan da göründüyü kimi, bəzi oyunçularımızı yormadıq. Çox seçimimiz yoxdur. "Benfika"nın müdafiəsi çox güclüdür. Onlar həm də hücumda uğur qazanırlar, boşluqları yaxşı doldururlar. Demək istəyirəm ki, "Benfika" yaxşı komandadır. Bizim tək məqsədimiz var, o da qazanmaqdır."

Fərid Əhmədov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR